Kəmaləddin Heydərov generalın oğlunun yerinə 38 yaşlı polkovniki rəis TƏYİN ETDİ

Kəmaləddin Heydərov generalın oğlunun yerinə 38 yaşlı polkovniki rəis TƏYİN ETDİ

Hazırda oxunan: Kəmaləddin Heydərov generalın oğlunun yerinə 38 yaşlı polkovniki rəis TƏYİN ETDİ

115820

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis təyin edilib.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Əmrə əsasən, Vüqar Qüdrət oğlu Ağayev FHN-nin Muğan Regional Mərkəzinə rəis təyin olunub.

O, bu vəzifədə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundovu əvəzləyib. Mehman Axundov öz istəyi ilə təqaüdə göndərilib.

Qeyd edək ki, 1985-ci ildə Bakı şəhərində anadan olan Vüqar Ağayev indiyədək Bakı Regional Mərkəzinin rəis müavini idi. Azərbaycan Beynəlxalq Universitetini bitirən 38 yaşlı polkovnik ailəlidir, 2 övladı var.
Xatırladaq ki, FHN-nin Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO