“20 Yanvar Qarabağda qələbəmizə gedən yolda ilk oldu” – Quba Ağsaqqallar Şurasının sədri

“20 Yanvar Qarabağda qələbəmizə gedən yolda ilk oldu” – Quba Ağsaqqallar Şurasının sədri

Hazırda oxunan: “20 Yanvar Qarabağda qələbəmizə gedən yolda ilk oldu” – Quba Ağsaqqallar Şurasının sədri

115819

"20 Yanvar faciəsi Qarabağda qələbəmizə gedən yolda ilk oldu. Məhz 33 il əvvəl Bakıda rus ordusunun qarşısına əliyalın çıxan insanların qəhrəmanlığı bizə Qarabağdakı tarixi qələbə çalmağımıza şərait yaratdı. Onlar ilk azadlıq aşiqləri oldu. Xatirələrini həmişə hörmətlə yad edirik".

Bunu Bizim.Media-ya Quba Şəhidlər Xiyabanında 20 Yanvar - Ümümxalq Hüzn günü ilə bağlı keçirilən anım mərasimində iştirak edən Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov verib.

Onun sözlərinə görə, Azərbaycan xalqı bu gün təkcə hüzn, matəm günü  kimi deyil, azadlıq tariximizə aparan fəxr, qürur günü kimi qeyd edir.

Həqiqətən belədir. Tolerant Qubanın indi hər bir sakini bu gün 20 Yanvar şəhidlərinə ehtiramını bildirmək üçün Quba şəhərindəki Şəhidlər Xiyabanına axışır. Statusundan, vəzifəsindən, kimliyindən və millətindən asılı olmayaraq, hər kəs 20 Yanvar şəhidlərini, ümumilikdə, bütün şəhidlərimizi hörmətlə anır. Aralarında yaşlı qadın da, tələbə gənc də, dövlət qulluqçusu da, hərbçi də,  sıravi sakin də var. Hamının məqsədi bu anım günündə kənarda qalmayıb şəhidləri yad etməkdir.

Anım mərasimi Quba şəhərindəki qəbristanlıqdan başlayıb. Quba İH başçısının 1-ci müavini Tariyel İbrahimov və icra aparatının məsul şəxsləri, YAP-ın rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin nümayəndələri, qazi və keçmiş döyüşçülər, ictimaiyyət təmsilçiləri 20 Yanvar şəhidi Raqib Hüseynovun məzarını ziyarət edib, ruhunu anıblar.
Sonra Quba Şəhidlər Xiyabanında şəhidlərin xatirəsi hörmətlə yad edilib, məzarları önünə tər güllər düzülüb.

Digər Yanvar şəhidi Elçin Qeybullayev isə uyuduğu Küçeyi kənd məzarlığında ehtiramla anılıb. Qeyd edək ki, Quba rayonundan ümumilikdə 287 nəfər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub, 62 nəfər itkin düşüb.

20 Yanvar faciəsinin 33-cü ildönümü günündə Quba Şəhidlər Xiyabanını bu saatadək 10 mindən çox sakin ziyarət edib. 

Anım saatı günün sonunadək davam edəcək. 




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO