Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

Hazırda oxunan: Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

115805

Xocavənd rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə rayon rayon rəsmiləri, hüquq mühafizə orqanları əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Yeni Xocavənd qəsəbəsində Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən fədailərinin əziz xatirəsi ehtiramla anılıb. 

Həmçinin, Zərdabda da faciənin 33-cü ildönümü ilə bağlı mərasim keçiriib. 

Tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş divar qəzetlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Bununla yanaşı. Biləsuvar və Cəlilabadda da 20 Yanvar faciəsinin ildönümü qeyd edilib.  Mərasimlərdə rayon icra hakimiyyətlərinin rəhbərləri, yerli sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Belə ki, Biləsuvar rayonunun Mərkəzi parkında yerləşən Şəhidlər xiyabanı və Cəlilabad rayonundakı Şəhidlər Parkındakı Abidə Kompleksi ziyarət edilib və şəhidlərin ruhuna dualar oxunub.

Eyni zamanda, 20 Yanvar faciəsinin biləsuvarlı qurbanlarından olan Əlimərdan Hüseynovun Çaylı kənd qəbiristanlığındakı məzarı ziyarət edilib.

Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Biləsuvar rayonundan iki nəfər - Baba Xammədov və Əlimərdan Hüseynov şəhid olub.

***

Şəhidlərin əziz xatirəsi Kürdəmirdə də ehtiramla anılıb. 

İlk öncə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının müavini Ağali Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları, YAP Kürdəmir rayon təşkilatının fəalları, təhsil və mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri rayonun “20 Yanvar” parkına gələrək “Ana harayı” abidəsinin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlər xiyabanında ucaldılmış “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzüblər və şəhidlərin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər qoyublar.

***

Göyçay rayonunda da 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anılıb. 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, rayon sakinləri Göyçay şəhər Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsini dərin ehtiramla yad etmiş, məzarlarına önünə gül-çiçək dəstələri düzüblər.

Bundan başqa saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

***

20 yanvar faciəsinin 33-cü ildönümü Tərtərdə də ehtiramla qeyd olunub. Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailəsi üzvləri və müharibə iştirakçıları, o cümlədən sakinlərin iştirak etdiyi mərasimdə Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.

Təbrik iştirakçıları burada ümumtəhsil məktəblilərinin 20 Yanvar faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə də baxıblar. 

Saat 12:00-da rayon ərazisində 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Elgün Gəncimsoy, Qarabağ bürosu

Aqil Əsədov, Aran bürosu

Elşən Feyzullayev, Cənub bürosu










































Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO