Allahşükür Paşazadə: “Şəhidlərin Dağüstü parkda dəfn olunmasını mən təklif etdim”

Allahşükür Paşazadə: “Şəhidlərin Dağüstü parkda dəfn olunmasını mən təklif etdim”

Hazırda oxunan: Allahşükür Paşazadə: “Şəhidlərin Dağüstü parkda dəfn olunmasını mən təklif etdim”

115803

“Burada şəhidlərin necə dəfn olunmasını görmüşəm. Həmin gün qəbir qazan olmasa belə, mən məcbur etdim ki, şəhidlər burada, Dağüstü parkda dəfn olunsun”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə səsləndirib. 

“İnsanlar öz əlləri ilə, kiçik baltalarla bu qəbirləri qazdılar. Çox çətinlik oldu, dövlət tərəfindən isə heç bir yardım edilmədi. Xalq özü yığışdı, oğullarını dəfn etdi. 

Bir daha Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Gördüyünüz kimi, burada bizimlə birlikdə pravoslav və katolik kilsələrinin rəhbərləri də gəliblər. Həmin dönəmdə şəhid olanların içərisində xristianlar, yəhudilər var. Çünki millətindən asılı olmayaraq, biz hamımız azərbaycanlıyıq”, - deyə QMİ sədri əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO