Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Hazırda oxunan: Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

115792

Yanvarın 19-da Gəncədə naməlum şəraitdə Sərxan Orucova bıçaq xəsarəti yetirən şəxs müəyyən edilərək saxlanılıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib.

Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə 1986-cı il təvəllüdlü şəhər sakini Sərxan Orucovun qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:

"Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S. Orucovu bıçaqlamaqda şübhəli bilinən şəhər sakini Elmixan Həsənov saxlanılaraq istintaqa təhvil verilib" - deyə E.Qasımov əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO