“N” hərbi hissəsinin yaradılmasının ildönümü qeyd edildi - FOTO

“N” hərbi hissəsinin yaradılmasının ildönümü qeyd edildi - FOTO

Hazırda oxunan: “N” hərbi hissəsinin yaradılmasının ildönümü qeyd edildi - FOTO

11569

Bu gün 11 fevral tarixində Azərbaycan Ordusunun “N” hərbi hissəsinin təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ Azərbaycandır!” müsabiqəsi keçirildi - VİDEO


Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edənlər uzun illər düşmən işğalı altında olan torpaqlarımızın azad olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərmanlarla təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO