“Ötən il paytaxtda təkrar mənzillərin qiyməti 11,79 % artıb. Dekabr ayında da qiymət artımı müşahidə edilib. Adətən hər il dekabr ayında mənzil bazarında canlanma olur. Bu da onunla izah edilir ki, insanlarda bir narahatçılıq olur ki, yeni ildən ola bilsin ki, qiymətlər artsın və yaxud iş adamları ilin uğurlu sonluğu hesabına əldə etdikləri vəsaiti daşınmaz əmlaka yatırırlar. Amma yanvar-fevral aylarında daşınmaz əmlak bazarında bir az durğunluq olur. Hazırda bazarda durğunluq var”.
Bunu Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev danışıb.
O qeyd edib ki, mart ayından başlayaraq mənzil bazarında qiymətlər artacaq:
“Bu həm həyət evlərinə, həm də çoxmərtəbəli binalardakı mənzillərə aiddir. Qiymət artımı daha çox çıxarışı olan və ipoteka predmeti ola biləcək mənzillərdə olacaq.
Qiymət artımını şərtləndirən səbəblərdən biri də odur ki, Bakıda daha əvvəlki qədər çoxmərtəbəli binalar tikilmir. Təbii ki, bu da qiymət artımına təkan verən amildir”.
Bəs hansı ərazilərdə daşınmaz əmlak daha çox bahalaşacaq?
Ekspert bildirib ki, paytaxtın mərkəzi hissələrində, metrostansiyalara yaxın ərazilərdə bir qayda olaraq qiymət daha çox artır. Yaxın aylarda hesab edirəm ki, ən çox qiymət artımı Nərimanov, Xətai və Nəsimi rayonlarında olacaq.
Həmin ərazilərdə yeni tikililərin sürətlə artması və xüsusilə də ipoteka ilə mənzil alanların axını bu ərazilərdə mənzillərin bahalaşmasına səbəb olacaq.
Bundan əlavə Xırdalan şəhərində mənzillər sürətlə bahalaşır. Çünki bu şəhərdə ekonom layihəli mənzillər daha çoxdur. Bu da orta təbəqəli insanları daha çox özünə cəlb edir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:50 / 19.01.2023
Bu tarixdən mənzillər bahalaşacaq - AÇIQLAMA
Hazırda oxunan: Bu tarixdən mənzillər bahalaşacaq - AÇIQLAMA
Hazırda oxunan: Bu tarixdən mənzillər bahalaşacaq - AÇIQLAMA
115635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.