Qadınların dərdinə çarə tapıldı – ƏSİL MÖCÜZƏ

Qadınların dərdinə çarə tapıldı – ƏSİL MÖCÜZƏ

Hazırda oxunan: Qadınların dərdinə çarə tapıldı – ƏSİL MÖCÜZƏ

11563

Hər bir qadın hər zaman gözəl və cavan görünmək istəyir. Bunun üçün təbii yollarla mübarizə aparmaq daha effektiv nəticə verir. Qadının gözəlliyinin əsas carçısı onun gözəl dərisidir.

İnsan bədəni davamlı olaraq özünü yeniləyir və buna görə dəri ölü hüceyrələri hər zaman tökür. Buna görə də, xüsusilə payız-qış dövründə dəriyə bir çox mənfi faktorun təsir göstərdiyi zaman dəridə quruluq və qızartı əmələ gəlir.

Ölü hüceyrələrin dəridən soyulması vacibdir. Kosmetoloqlar hər zaman bu prosesi müxtəlif pilinqlər vasitəsilə həyata keçirir. 

Bu gün biz sizə ev şəraitində asanlıqla edə biləcəyiniz bir pillinqin hazırlanma qaydasını təqdim edirik.

Bu prosedur tamamilə ağrısızdır və üzünüzdəki quruluğu və ölü dəridən xilas olmaqda yardımçınız olacaq.

Sizə lazım olanlar:

kalsium xlorid məhlulu5-10 %  (kalsium xlorid ampullərdə istənilən aptekdə satılır)
pambıq yastıqları və uşaq sabunu.

Hazırlanma qaydası:

Ampulu açın. Bir pambıq yastığı götürün və kalsium xlorid məhlulu ilə isladın. Mayeni üzünüzə çəkin və dərinizdə tam sovrulana qədər gözləyin.

Bu prosedur 5-8 dəfə təkrarlanmalıdır. Dərinizdə yüngül bir yandırma hissi ola bilər. Dəri çox yandırarsa, dərhal sabunla yuyun.

Kalsium xloridin son qatı quruduqda, barmaqlarınızı su ilə nəmləndirin və uşaq sabunundan götürün. Barmaqlarınızla ehmalca sabunu dərinizə sürtüb masaj edin.

Üzünüzdəki ölü dərinin ovulub töküldüyünü görəcəksiniz.Ovuntuların sona çatacağına qədər üzünüzü sabun köpüyü ilə masaj etməyə davam edin.

Bundan sonra özünüzü isti su ilə yuyun və ehmalca qurulayın. Daha sonra üzünüzə nəmləndirici krem çəkin.

Bu pillinqi evdə hazırlamağa çalışın və nəticəni tezliklə özünüz görəcəksiniz.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO