“20 Yanvar”la bağlı hazırlıqlar BAŞA ÇATDI

“20 Yanvar”la bağlı hazırlıqlar BAŞA ÇATDI

Hazırda oxunan: “20 Yanvar”la bağlı hazırlıqlar BAŞA ÇATDI

115580

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb.

Qeyd edilib ki, Xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb.
Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunublar. Artıq hazırlıq işləri başa çatıb.

BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-də Xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO