Naxçıvanla bağlı YENİ QƏRAR

Naxçıvanla bağlı YENİ QƏRAR

Hazırda oxunan: Naxçıvanla bağlı YENİ QƏRAR

115553

İnzibati vəzifələrin 1-ci təsnifatı genişləndirilib.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsi inzibati vəzifələrin 1-ci təsnifatına daxil edilir.

Eyni zamanda layihəyə əsasən, Baş nazirin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin sədrlərinin müşavirləri və köməkçiləri vəzifələri də inzibati vəzifələrin 1-ci təsnifatına daxil ediləcək.

Həmçinin qanuna təklif edilən digər dəyişikliklə Prezident Administrasiyası rəhbərinin köməkçisi isə inzibati vəzifələrin 2-ci təsnifatına daxil edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müşaviri, köməkçisi, Milli Məclis sədrinin müavini və Baş nazirin müavininin köməkçiləri vəzifələri də inzibati vəzifələrin 2-ci təsnifatında yer alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO