Bu gün YAP Daşkəsən rayon təşkilatının Zəylik ərazi ilk partiya təşkilatının ümumi yığıncağı keçirilmişdir.
Yığıncaqda Zəylik ərazi ilk partiya təşkilatının sədri Novruz Qocayev 2015-ci il ərzində ilk partiya təşkilatının gördüyü işlərdən, cari ildə qarşıda duran vəzifələrdən və onları narahat edən problemlərdən danışmışdır. Natiq bildirmişdir ki, gənclərin YAP sıralarına axını hər yerdə olduğu kimi, bizim ərazidə də sürətlə artır. Bu, bizi sevindirir. Ona görə ki, YAP xalqın partiyası olduğunu bir daha təsdiq edir.
Sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev yığıncaqda dərin məzmunlu nitq söyləmiş, ölkəmizdə gedən böyük və sürətli inkişaf, quruculuq, abadlıq işlərindən danışmışdır. O qeyd etmişdir ki, indi dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə bütün sahələrin inkişafı üzrə əlverişli mühit yaradılmışdır. Həlli vacib olan məsələlər uzunmüddətli Dövlət Proqramlarına daxil edilir və icrası nəzarətə götürülür.
Yeni Azərbaycan Partiyası olaraq ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən təşkilatımız Milli Məclisə seçkilərdə parlaq qələbə qazanmış, YAP namizədinin böyük səs çoxluğu ilə seçilməsinə nail olmuşdur. Bu bir daha onu göstərir ki, YAP təkcə bu günün yox, həm də gələcəyin partiyası kimi ümumxalq partiyasına çevrilmişdir. Bu gün bizə məlumat verildi ki, Zəylik ərazi ilk partiya təşkilatından beş nəfər gənc partiyaya qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. İndi isə 3 nəfərə YAP-nın üzvlük vəsiqəsini sizin iştirakınızla təqdim olunur. Bu gənclərin hər birinə ölkənin ictimai-siyasi həyatında və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətinin dəstəklənməsində siyasi fəallıq arzulayırıq.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev öz çıxışında ötən ilin dekabr ayında manatın devalvasiyasından sonra bəzi işbazların möhtəkirliyi barədə danışmış, möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş yığıncağında belə şəxslərin ciddi cəzalandırılacağını və digər iradlarını bildirmişdir.
Yığıncağın sonunda 3 nəfər gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olumuş, bir qrupunun isə partiya sıralarına daxil olmaları barədə ərizələri qəbul edilmişdir.
Beləliklə, YAP Daşkəsən rayon təşkilatının Zəylik ərazi ilk partiya təşkilatının ümumi yığıncağı yüksək siyasi fəallıq şəraitində başa çatdırılmışdır.


































































































