Göygöldə QƏZA - Xəsarət alanlardan biri dünyasını dəyişdi  

Göygöldə QƏZA - Xəsarət alanlardan biri dünyasını dəyişdi  

Hazırda oxunan: Göygöldə QƏZA - Xəsarət alanlardan biri dünyasını dəyişdi  

115500

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində hərəkətdə olan “Kamaz” markalı yük maşını “Opel” markalı minik avtomobili ilə toqquşub.  

Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Tamaşa Məhərrəmova, 1991-ci il təvəllüdlü Samirə Salmanova və 2015-ci il təvəllüdlü Lamiyə Salmanova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq L. Salmanovanın həyatını xilas etmək mümkün olmayıb. O dünyasını dəyişib.  

Faktla bağlı araşdırma aparılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO