Qərbi Azərbaycan İcmasında, İcmanın rəhbər heyətində təmsil olunan ziyalılar və bir qrup alim və mütəxəssislə “Qayıdış Konsepsiyası” layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib.
Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli əvvəlcə ümumilikdə İcmanın qarşısında duran vəzifələrdən bəhs edib. İcma sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı bir qrup ziyalı ilə görüşündəki proqram xarakterli çıxışında irəli sürdüyü “Qayıdış Konsepsiyası” layihəsi üzərində iş gedir.
Bildirib ki, Qərbi Azərbaycana, ata-baba yurdlarına qayıtmaq bu insanların haqqıdır və bu prosesin beynəlxalq konvensiyalardakı geri qayıtmaq hüququ, eləcə də sülh yolu ilə baş tutmasına dair konsepsiya layihəsində bu kimi məsələlərə xüsusi diqqət yetirilir.
Bununla bağlı tədbirdə iştirak edən ziyalıların fikirlərinin və təkliflərinin dinlənilməsinin önəmini vurğulayan sədr, təkliflərini səsləndirmək üçün sözü istirakçılara verib.
İcmanın qadınlar şurasının rəhbəri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Etibar Əliyev, İcmanın Nəzarət – Təftiş komissiyasının rəhbəri Vahid Novruzov, MQF-nin prezidenti Rauf Zeyni, professor İbrahim Bayramov, Tarixçi alim Nazim Mustafa, tədqiqatçı alim Nazir Əhmədli, professor Qaley Allahverdiyev və digərləri “Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Tədbir zamanı həmçinin, İcmanın çağırışına uyğun olaraq, “Qayıdış Konsepsiyası” layihəsinə dair geniş ictimaiyyətdən daxil olmuş yazılı təkliflər nəzərdən keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:09 / 18.01.2023
Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasına dair dinləmələr keçirdi
Hazırda oxunan: Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasına dair dinləmələr keçirdi
Hazırda oxunan: Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasına dair dinləmələr keçirdi
115472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.