“Sərhəd mexanizminin qurulması tezləşdirilməlidir” - Politoloqdan açıqlama

“Sərhəd mexanizminin qurulması tezləşdirilməlidir” - Politoloqdan açıqlama

Hazırda oxunan: “Sərhəd mexanizminin qurulması tezləşdirilməlidir” - Politoloqdan açıqlama

11547

“Laçın dəhlizi onsuzda Azərbaycanın ərazisində yerləşir. Düzdür, bu dəqiqə orada Rusiya sülhməramlıları yerləşdirilib, yalnız onlar orada bizim razılığımız əsasında fəaliyyət göstərir".

"Bu o demək deyil ki, sülhməramlılar öz mövqelərində əbədi oturacaqlar. Onlar öz hədlərini aşanda rəsmi Bakı dərhal öz mövqeyini bildirir".

"Düşünürəm ki, fransalı jurnalistlərin də Laçın dəhlizindən Qarabağ ərazisinə buraxılmaması təsədüfi deyil. Hətta  Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Vaqarşak Arutyunyana məktub yazaraq bildirib ki, Laçın dəhlizi vasitəsilə yalnız noyabrın 9-da bəyanat imzalayan ölkələrin vətəndaşları buraxılacaqlar. Bu da Bakıdan akredetasiya almağın mütləqliyini ortaya qoyur”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıqov, erməni mətbuatında Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi barədə gəzən xəbərlərə münasibət bildirərkən deyib.

 

MÖVZU İLƏ BAĞLI:

“Rus sülhməramlılarına qarşı təsir vasitəsi olmalıdır” - POLİTOLOQ


Onun sözlərinə görə, umumiyyətlə tezliklə Azərbaycan ərazisinə icazəsi olmadan keçən xarici vətəndaşlara nəzarət etmək üçün sərhəd  mexanizmi qurmalıdır. Bu da hansısa səfir, nazir, rəsmi nümayəndələr və ya turistlərin Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağ ərazisinə keçməsinin qarşısını alacaq.

Daha sonra politoloq sərhədlərin nə zaman açılacağı barədə də fikir bildirib. O, qeyd edib ki, bu tezliklə baş verəcək bir proses deyil.

“Sərhədlərin tezliklə açılacağına inanmıram. Ancaq biz bu haqda təkliflər irəli sürmüşük və bunlar 11 yanvarda Moskvada baş tutan üçtərəfli görüş zamanı öz əksini tapıb. O bəyanata həm erməni, həm də Rusiya tərəfi imza atıb.

"Bu da tərəflərin komunikasiyanın  açılmasına razılıq verməsi anlamına gəlir. Əslində ermənilərin buna daha çox ehtiyacı var, çünki bu ölmüş ölkə iqtisadiyyatına öz töhvəsini verə bilər".

"Bundan başqa ermənilər istifadəyə veriləcək nəqliyyat yolları vasitəsilə Türkiyə, Gürcüstan, Rusiyaya qısa yollarla səyahət edə biləcəklər”.

F.Sadıqov qeyd edib ki, proseslərin tam yerinə yetirilməsi əsas ermənilərin sülh bəyannaməsinə necə əməl edəcəklərindən asılıdır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO