BDU-da 3 fakultənin adı DƏYİŞDİRİLDİ  

BDU-da 3 fakultənin adı DƏYİŞDİRİLDİ  

Hazırda oxunan: BDU-da 3 fakultənin adı DƏYİŞDİRİLDİ  

115459

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilərək İnformasiya və sənəd menecmenti fakültəsi adlandırılması təklif olunur. 

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ bu gün BDU Elmi Şurasının iclasında müzakirəyə çıxarılıb və qərar qəbul olunub. 

Bildirilib ki, kafedraların adlarının da fakültənin yeni adına və tədris aparılacaq ixtisaslara uyğunlaşdırılması qərara alınıb.  

Belə ki, struktur islahatlarına əsasən, Biblioqrafiyaşünaslıq kafedrası Sənəd menecmenti, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası Kitabxana-informasiya resurslarının idarə olunması, Kitabşünaslıq və nəşriyyat işi kafedrası Redaksiya-nəşriyyat işi kafedrası adlandırılacaq. Kitabxanaşünaslıq kafedrasının adı isə olduğu kimi saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO