Qrip viruslarının yayılmasının ÖZƏL SƏBƏBİ – Almaniyalı həkimdən Bizim.Media-ya AÇIQLAMA

Qrip viruslarının yayılmasının ÖZƏL SƏBƏBİ – Almaniyalı həkimdən Bizim.Media-ya AÇIQLAMA

Hazırda oxunan: Qrip viruslarının yayılmasının ÖZƏL SƏBƏBİ – Almaniyalı həkimdən Bizim.Media-ya AÇIQLAMA

115451

Virusun “Omikron” ştamının yeni variantı çoxdan dövrüyyədə olsa da, son həftələrdə artmağa başlayıb. Açıqlamalara görə, ABŞ-da yeni koronovirusa yoluxan xəstələrin 40 faizə yaxınında bu varianta rast gəlinir.

Bunları Bizim.Media-ya açıqlamasında Almaniyada fəaliyyət göstərən azərbaycanlı uzman həkim, daxili xəstəliklər-ağciyər xəstəlikləri və süni tənəffüs təbabəti üzrə mütəxəssis Elvin Hüseynov deyib. 

Onun sözlərinə görə, verilən məlumatlar indiki variantın bu günədək olan koronavirus növləri arasında ən yüksək yoluxma qabiliyyəti ilə seçildiyini ortaya qoyur: 

“Xəstəliyin gedişatının ağır olması haqqında elə bir məlumat yoxdur. Çox ekspertlərin fikrincə, bu variantda xəstəliyin BA.2 variantından elə də ağır gediaşata malik olması gözlənilmir”. 
Mütəxəssis hazırda digər virus infeksiyalarının yayılma səbəbini də izah edib: 

“2020-ci ildə maska və karantinin tətbiqindən sonra növbəti illərdə digər tənəffüs yollarının viruslarının daha yayqın olacağı gözlənilən idi. Bu da onunla əlaqəli idi ki, pandemiya dönəmində maskalardan istifadə və karantin zamanı insanlar mövsümi viruslara, yəni influenza və RSV viruslara daha az yoluxmuşdu.

Uşaqlarda karantin tətbiqi ilə bağlı bu viruslara daha az rast gəlinmişdi. İnsanların immun sistemi bu viruslarla təmasda olmamışdı deyə, əhalinin əksər hissəsində müəyyən bir immun cavab yaranmamışdı. Nəticədə karantin tədbirlərinin ləğvi ona gətirib çıxardı ki, indiki qış mövsümündə digər tənəffüs yolu viruslarına yoluxmalar artmağa başladı”.      

Həkim onu da bildirib ki, həyat tərzi daha sağlam olmalıdır ki, bu cür yoluxucu xəstəlikləri rahat şəkildə keçirmək mümkün olsun: 

“RSV virusunun heç bir müalicə metodu yoxdur. Sadəcə qrip tutmamaq üçün peyvənd etdirmək olar. Sağlam qidalanma, idmanla məşğul olmaq, rahat yuxu rejiminə əməl olunmalıdır ki, xəstəlik rahat keçsin.

İmmun sistemi zəif olan (xərçəng xəstəliyindən müalicə alanlar, kimyəvi terapiya alan, orqan nəqli keçirmiş, immunosupressiv dərmanlar qəbul edən) insanlarda xəstəliyin gedişatı daha ağır ola biləcəyi üçün onlar müəyyən preparatlardan istifadə edə bilərlər.
Amma bu cür dərmanların qəbulu ümumi kütləyə şamil olunmamalıdır. Dediyim kimi, xəstəliyin gedişatını yaxşılaşdıran dərman preparatı yoxdur. Sadəcə ağrıkəsici və qızdırmanı salan dərmanlardan istifadə emək olar”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO