Göyçayda tövlə yanaraq külə döndü - FOTO

Göyçayda tövlə yanaraq külə döndü - FOTO

Hazırda oxunan: Göyçayda tövlə yanaraq külə döndü - FOTO

115437

Göyçayda yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında  rayonun Çayarxı kəndində qeydə alınıb.

Belə ki, yanğın nəticəsində kənd sakini Bilal İbrahimova məxsus və ümumi sahəsi 160 kvadratmetr olan mal-qara tövləsində tövlə, inəklər, ev quşları yanaraq tələf olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. 

Hadisə zamanı tövlə tamamilə yanaraq yararsız hala düşüb. 

Qeyd edək ki, yanğın zamanı ümumilikdə 2 baş inək, 45 baş ev quşu, sayı 825 ədəd olan 33 ton ot bağlaması yanaraq tələf olub. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO