Sığorta bazarında tıxac yaranıb. Sifarişlərin çoxluğu və sığorta şirkətlərinin ehtiyatlı, eləcə də astagəl hərəkəti sığorta bazarında ciddi narazılqlara səbəb olub.
Narazılıqlarınsa səbəbi çoxdur. Kimi növbənin uzun olmasından, kimisi aşağı gücə malik avtomobillərin sığorta ediməməsindən, kimisi də ki, sığorta haqlarının yüksək olmasından şikayətlənir.
Bəs problemin bu qədər böyüməsinin səbəbi nədir?
Məsələyə sığorta üzrə ekspert İlkin İbrahimov aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, xeyli müddətdir ki, matorun həcmi 2 min kubmetrə qədər olan avtomobillər bəzi sığorta şirkətləri tərəfində sığorta edilmir:
“Onlar bunu onunla əsaslandırırlar ki, “bizim zərərimiz var”. Bu avtomobillər daha çox qəza edir ki, bu da sığortaçı şirkəti əlavə xərclərə salır. Bu da qanunvericiliyimizdəki boşluqla bağlıdır.
Bildiyimiz kimi 2011-ci ildən icbari sığorta haqları və sığorta kompensasiyalarının məbləği dəyişmir. Lakin 2022-ci ilin oktyabr ayının 1-dən Mərkəzi Bank “bonus-maus” sisteminin tətbiqinə başladı. Bonus o deməkdir ki, nümunəvi sürücüyə sığorta haqı azaldılır. Maus isə intizamsız sürücüyə sığorta haqqının daha çox hesablanması deməkdir.
Bu hesaba da sığorta haqları 15 faizdən çox artdı. Nəticədə matorun həcmi 2 min kubmetrə qədər olan avtomobilin sığortalanma məsələsi daha da pisləşdi. Artq sığorta şirkətləri 2,5 motora qədər avtomobillərin sığortasında tərəddüd edirlər. Xərclər artdığı üçün sığorta şirkətləri hətta sığorta agentləri ilə də işləmək istəmədi. Ağentliklərin xidmətlərindən imtina isə başqa bir problemi ortaya çıxardı.
Hazırda sığorta şirkətlərinin qarşısında izdihamlar yaşanır. Sığorta şirkətləri sifarişlərin icrasını çatdırmır. Bu da ümumvətəndaş narazılığına gətirib çıxarıb”.
Ekspert onu da qeyd etdi ki, yaranmış vəziyyətdən çıxmaq üçün nəzarətedici və tənzimləyici orqan-Mərkəzi Bank özünün 966 nömrəli qaynar xəttini yaratdı:
“Və elan etdi ki, sığorta ilə kimin problemi varsa bura müraciət etsin. Bu da mövcud gərginliyi bir qədər də artırdı. Çünki, çağrı mərkəzi bütün müraciətləri əhatə edə bilmədi. Ona görə də dekabrın 28-də Mərkəzi Bankın rəhbərliyi əlavə bir varianta əl atdı. Bu qərarsa bu ilin 12 yanvarından qüvvəyə mindi. Bu qərara əsasən 10 gün müddətində sığorta şirkətlərinə vaxt verildi ki, özlərinin rəsmi internet resurslarında onlayn sığortanı aktiv etsinlər. Və yaranmış problem qısa zamanda aradan qalxsın. Mərkəzi Bankın bu qərarı tövsiyyə xarakteri daşıyır.
Ona görə də hamı 23 yanvarı gözləyir. Vətəndaşlar gözləyir ki, yaranmış problem bəlkə bu yolla həll edilsin”.
İlkin İbrahimovsa problemin həlli üçün daha optimal variant təklif edir:
“Problemin həlli üçün yenə əvvəlki iş sisteminə qayıdılmalıdır. Yəni sığorta agentliklərinin fəaliyyəti bərpa olunmalıdır. Çünki, bu ağentliklər böyük şəbəkədir. Və bu şəbəkə ən qısa zamanda bu narazılıqları aradan qaldıra bilər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 19.01.2023
Sığorta bazarında köhnə sistemə qayıdış TƏKLİFİ – Şikayətlər niyə çoxalıb?
Hazırda oxunan: Sığorta bazarında köhnə sistemə qayıdış TƏKLİFİ – Şikayətlər niyə çoxalıb?
Hazırda oxunan: Sığorta bazarında köhnə sistemə qayıdış TƏKLİFİ – Şikayətlər niyə çoxalıb?
115435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.