Sosial şəbəkələrdə Bakıda azyaşlının motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülərin Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində lentə alındığı bildirilir.
Görüntülərdə 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək:
“Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən”.
Bizim.Media