Yaranmış sanitar epidemioloji vəziyyətlə əlaqədar Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara dəyişikliklər edib.
Bizim.Media Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, dəyişikliyə əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri ilə yanaşı, 2020-ci il 24 oktyabr saat 00:00-dan etibarən Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına da giriş-çıxış dayandırılır.
Eyni zamanda, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba rayonları ilə yanaşı, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında da 24 oktyabr saat 00:00-dan, 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan, 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:51 / 23.10.2020
Azərbaycanda karantin şərtləri sərtləşdirilir
Hazırda oxunan: Azərbaycanda karantin şərtləri sərtləşdirilir
Hazırda oxunan: Azərbaycanda karantin şərtləri sərtləşdirilir
1154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.