TÜRKSOY Şuşada silsilə tədbirlər keçirəcək

TÜRKSOY Şuşada silsilə tədbirlər keçirəcək

Hazırda oxunan: TÜRKSOY Şuşada silsilə tədbirlər keçirəcək

115389

Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək.

Bizim.Media xəbər verir ki, bu sözləri report.az-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib.

Baş katib xatırladıb ki, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2023-cü il Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib və bununla bağlı Qarabağda silsilə tədbirlər keçiriləcək:
“Xarıbülbül festivalı, ənənəvi sənət nümunələrini bir araya gətirən tədbirlər planlanıb. Eyni zamanda TÜRKSOY-un “Türk dünyasının rəssamlar toplantısı”, “Türk dünyasının şairlər toplantısı”, “Türk dünyasının fotoqraflar toplantısı”, “Türk dünyasının heykəltəraşlar toplantısı” kimi digər bütün ənənəvi layihələri də Şuşada gerçəkləşdirəcəyik”.

S.Rayev bildirib ki, 2023-cü il təkcə Şuşa üçün deyil, bütün türk dünyası üçün rəngarəng proqramlarla keçəcək:

“Şuşadan daha güllə səsləri gəlməyəcək, musiqi səsləri gələcək. Şuşa çal-çağırlı günlərinə qayıdacaq, türk dünyasında müxtəlif tədbirlər təşkil etməklə Şuşanın rəngarəng təbiətinin harmoniyasını quracağıq. Sözün əsl mənasında Şuşa üçün də, türk dünyası üçün də möhtəşəm bir il olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO