Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü

Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü

Hazırda oxunan: Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü

115378

Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun Qızılqaya qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayında oranın müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və bu ölkənin vətəndaşı olub. O, daha sonra biznesini Azərbaycanda davam etdirib və  şadlıq sarayı tikdirərək ona öz adını verib. Elə həmin şadlıq evində də dünyasını dəyişib. 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO