Ermənistan Qarabağa xüsusi təyinatlı polis dəstəsi göndərib

Ermənistan Qarabağa xüsusi təyinatlı polis dəstəsi göndərib

Hazırda oxunan: Ermənistan Qarabağa xüsusi təyinatlı polis dəstəsi göndərib

11536
Ermənistanın xüsusi polis dəstələri Qarabağa ezam edilib. 
Oxu.Az xəbər verir ki, bu barədə "Çorrord işxanutyun” qəzeti polisə yaxın mənbələrdən alınan məlumata əsasən yazır. 
Jurnalistlər Qarabağda Ermənistan polisi geyimində insanların olduğunu, eləcə də bu strukturlara xidmət edən maşınların Qarabağa istiqamət götürdüyünü qeyd ediblər.
"Dünən bizə məlum olub ki, Ermənistanın xüsusi təyinatlı polis dəstələri "DQR” müvafiq məmurlarının rəhbərliyi altında Sərsəng su anbarı ərazisində gücləndirilmiş xidmət aparırlar.
"DQR” "polisi” öz rəsmi saytında Qarabağda erməni xüsusi təyinatlı polis dəstəsinin olduğunu təsdiqləyib, bu barədə məqaləni isə "Dağlıq Qarabağ” və Ermənistan polisinin gücləndirilmiş xidməti” adını veriblər, - qəzet yazır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO