Məktəbli qıza yaxınlaşan manyak AXTARILIR – RƏSMİ/YENİLƏNİB

Məktəbli qıza yaxınlaşan manyak AXTARILIR – RƏSMİ/YENİLƏNİB

Hazırda oxunan: Məktəbli qıza yaxınlaşan manyak AXTARILIR – RƏSMİ/YENİLƏNİB

115343

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə paytaxtda orta yaşlı kişinin azyaşlı qızı naməlum istiqamətə aparmaq istəməsi ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə diqqətdədir və hazırda araşdırılır:

"Detallar barədə tezliklə ictimaiyyətə məlumat veriləcək".

10.53

Bakıda məktəbli qızlardan birinə manyak yaxınlaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib. Məktəbli onun təklifini rədd edib. Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. 

Onun başqa məktəbli qızlara da yaxınlaşdığı ehtimal olunur. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO