Sentyabr döyüşlərində ermənilərin neçə texnikası məhv edilib? – RƏSMİ

Sentyabr döyüşlərində ermənilərin neçə texnikası məhv edilib? – RƏSMİ

Hazırda oxunan: Sentyabr döyüşlərində ermənilərin neçə texnikası məhv edilib? – RƏSMİ

115329

Ötən il 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq ağır sarsıdıcı zərbələr endirilib, çoxsaylı itkilər verən düşmən qüvvələri geri çəkilməyə məcbur edilib.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.

O bildirib ki, düşmənin 2 S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu, 1 ədəd S-125 ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd P-18 tipli radiolokasiya stansiyası, 2 ədəd "Jitel" radioelektron mübarizə sistemi, 18 ədəd düşmən postu, çoxsaylı canlı qüvvəsi məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO