Bakıda ağır QƏZA - Ölən və yaralananlar var

Bakıda ağır QƏZA - Ölən və yaralananlar var

Hazırda oxunan: Bakıda ağır QƏZA - Ölən və yaralananlar var

115307

Bakının Sabunçu rayonunda ağır yol qəzası olub, bir nəfər ölüb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Orucov Firdovsi Teymur oğlunun idarə etdiyi “Opel” markalı avtomobillə “KİA” toqquşub.

İdarəetmədən çıxan “Opel” yol kənarında dayanan orta yaşlı kişiyə dəyib.

Daha sonra F.Orucovun maşını “Nissan” markalı nəqliyyat vasitəsinə dəyərək dayanıb.

Qəza nəticəsində yol kənarında dayanan piyada hadisə yerində ölüb.

F.Orucov və “KİA” markalı avtomobilin sərnişini, 1991-ci il təvəllüdlü Bayramlı Məhəmməd Süleyman oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO