Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ: Baş Prokurorluq vakant yerlər üzrə müsahibə elan etdi

Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ: Baş Prokurorluq vakant yerlər üzrə müsahibə elan etdi

Hazırda oxunan: Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ: Baş Prokurorluq vakant yerlər üzrə müsahibə elan etdi

115259

Baş Prokurorluqda vakant bir sıra dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir. 

Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə linkindən məlumat əldə etmək mümkündür. 

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. 
Müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yer alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO