Minimum əməkhaqqı artımı ilə əlaqədar əməyin ödənilməsinin yeni Vahid Tarif Cədvəli 

Minimum əməkhaqqı artımı ilə əlaqədar əməyin ödənilməsinin yeni Vahid Tarif Cədvəli 

Hazırda oxunan: Minimum əməkhaqqı artımı ilə əlaqədar əməyin ödənilməsinin yeni Vahid Tarif Cədvəli 

115257

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının 2023-cü il yanvarın 1-dən 345 manata çatdırılması ilə əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da həmin Sərəncama uyğunlaşdırılması üçün həmin işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

19 pillədən ibarət yeni Cədvəldə ilk pillə üzrə əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla digər pillələrdə də maaşlar yeni artımlarla əks olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO