BİZİM TƏQVİM: Dünya xəritəsinin yenidən dəyişdirildiyi gün

BİZİM TƏQVİM: Dünya xəritəsinin yenidən dəyişdirildiyi gün

Hazırda oxunan: BİZİM TƏQVİM: Dünya xəritəsinin yenidən dəyişdirildiyi gün

115245

532-ci ilin yanvarında Bizans imperatorluğunun paytaxtı Konstantinopolis (indiki İstanbul) tarixin ən böyük şəhər qiyamlarından biri olan Nika üsyanına səhnə oldu. 13 yanvardan başlayıb 5 gün davam edən üsyanda təxminən 30 min adam həyatını itirdi.

Bəs 18 yanvarda daha hansı hadisələr baş verib?

1. 18 yanvar 1954-cü ildə Pereyaslav radasında Ukraynanın Rusiyaya birləşməsi haqqında qərar qəbul edilib.

2. 1896-cı ilin bu günündə Nyu-Yorkda Rentgen cihazının ilk təqdimatı baş tutub.

3. 18 yanvar 1911-ci ildə ilk dəfə təyyarə gəminin üzərinə eniş edib.

4. Birinci Dünya Müharibəsində məğlub olan dövlətlərlə müqavilər bağlamaq üçün müttəfiq dövlətlərin nümayəndələrindən ibarət Paris Sülh Konfransı 1919-cu ilin 18 yanvar tarixində işə başladı. 32 ölkə təmsilçisinin iştirak etdiyi konfransda, başda Avropanın olmaqla, dünya xəritəsi yenidən şəkilləndirildi.

5. 1943-cü ilin 18 yanvarında 872 gün davam edən mühasirəsi qırılıb.

6. 1993-cü ilin 18 yanvarında Türkiyənin şimal-şərqi Anadolu bölgəsində yerləşən Bayburt şəhərinin Üzengili kəndində uçqun faciəsi yaşandı. Hadisədə 59 adam həyatını itirdi.

7. 18 yanvar 2005-ci ildə 800 sərnişin tutumlu “Airbus A380” təyyarəsi təqdim edilib.

18 yanvarda kimlər xatırlanır?

1. 1501-ci ilin bu günündə Məhəmməd Bayram xan Baharlı anadan olub. O XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri, səsli sərkərdə, fazil filosof, şanlı şair idi.

2. Zəhra Quliyeva 1923-cü ilin bu günündə dünyaya göz açıb. O Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri (1998-2005), tibb elmləri doktoru (1967), professor. (1968), əməkdar elm xadimi idi.

3. Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), "Debüt" studiyasının bədii rəhbəri (1987-ci ildən), ADMİU-nun kino kafedrasının professoru Eldar Quliyev 18 yanvar 1941-ci ildə anadan olub.

4. 18 yanvar 1947-ci ildə Azərbaycanın Xalq artisti, rəqqasə Afaq Məlikova anadan olub.

5. Xalçaçı-rəssam, Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü, Azərbaycan manatının ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə 1956-cı ilin 18 yanvarında anadan olub.

6. Əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru, professor Əhməd İsazadə 18 yanvar 1918-ci ildə anadan olub. 1963-cü ildə Azərbaycanda sənətşünaslıq üzrə namizədlik dissertasiyası müdafiə edəndən ilk alim Əhməd Isazadə xalq musiqi janrlarının toplanılması, notlaşdırılması və tədqiqi məsələlərinə ciddi elmi maraq göstərib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO