Ötən il doğulan körpələrə daha çox hansı adlar verilib? - SİYAHI

Ötən il doğulan körpələrə daha çox hansı adlar verilib? - SİYAHI

Hazırda oxunan: Ötən il doğulan körpələrə daha çox hansı adlar verilib? - SİYAHI

115176

Azərbaycanda ötən il doğulan körpələrə verilən adlar arasında Uğur (2032) ilk yerdə qərarlaşıb.

Bizim.Media-nın məlumatına görə,  ötən il ölkədə dünyaya gələn uşaqlara verilən adlar arasında ilk onluqda Uğur, Əli (1865), Zəhra (1820), Hüseyn (1752), Yusif (1656),  Aylin (1504), Məryəm (1484), Zeynəb (1476), Fatimə (1263), Mələk (1221) adları yer alıb.

Ümumiyyətlə, ötən il oğlan körpələrə daha çox Uğur, Əli, Hüseyn, Yusif, Məhəmməd, Ömər, Raul, Murad, Adəm, Tunar, Ayxan, Fateh, Rəsul, Ümid, İbrahim, Davud, Onur, Tuncay, Mehdi və s. adlar verilib.
Qız uşaqlarına verilən adlar arasında isə Zəhra, Aylin, Məryəm, Zeynəb, Fatimə, Nilay, Mələk, Ayla, İnci, Nuray, Dəniz, Mədinə, Melisa, Leyla, Miray, Əsma, Yağmur, Banu, Xədicə və Ayan kimi adlara üstünlük verilib.

Qeyd edək ki, son beş ildə körpələrə daha çox Zəhra (7891), Yusif (7686), Əli (7665), Uğur (7380), Hüseyn (7038), Zeynəb (6055), Məryəm (5819), Aylin (5688), Fatimə (5200), Mələk (5150) adları verilib.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO