Masallıda şagird məktəbin pəncərəsindən YIXILDI  

Masallıda şagird məktəbin pəncərəsindən YIXILDI  

Hazırda oxunan: Masallıda şagird məktəbin pəncərəsindən YIXILDI  

115094

Masallıda IX sinif şagirdi olan qız məktəbin 3-cü mərtəbəsindən yıxılıb. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib. 

Bildirilib ki, yanvarın 16-da saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi M.F.qızı məktəbin 3-cü mərtəbəsindən yıxılaraq xəsarət alıb.

“Hazırda xəstənin vəziyyəti stabildir və şagirdimizə Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev və Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov baş çəkiblər.  

Allah şəfa versin!” , - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO