Evdə qalmış BÜRCLƏR – Onlar nikah masasından niyə qaçırlar?

Evdə qalmış BÜRCLƏR – Onlar nikah masasından niyə qaçırlar?

Hazırda oxunan: Evdə qalmış BÜRCLƏR – Onlar nikah masasından niyə qaçırlar?

115070

Müəyyən bir yaş həddinə çatdıqdan sonra kişilər, daha çox isə qadınlar üzərində ailə və çevrə basqısı artmağa başlayır. Xüsusən də, evlənmək məsələsində. Onlara yarı ciddi, yarı zarafat “evdə qalmış” da deyirlər.

Lakin cəmiyyətdən asılı olaraq müəyyən yaş həddini keçmiş şəxslərin evlənməmək üçün fərqli səbəbləri olur. Bu səbəb fərqləri bürclərə görə də dəyişir.

Bizim.Media evlənməkdən qaçan şəxslərin bürclərə görə səbəblərini araşdırıb.

Balıq, xərçəng və əqrəb həyatının sevgisini gözləyir.

Bəzi insanlar var ki, onlar üçün yeganə şərt sevgidir. Bu şəxslər həyatının yeganə sevgisi olacaq şəxslə evlənməyi arzulayır, əks təqdirdə nikah masasından qaçırlar. Romantik balıqlar, emosional xərçənglər və ehtiraslı əqrəblər bu qəbildəndir.

İş və prinsiplərini ön planda saxlayan qızlar və oğlaqlar.

Qızlar üçün prinsipləri ön plandadır. Onlar həm də mükəmməliyyətçidirlər, hər şeyin ən yaxşısını istəyirlər. Bunun üçün evlilik variantlarını dəyərləndirərkən də prinsip və maksimalistliklərini ön planda saxlayırlar. Nəticədə ideal tərəfdaşı tapmaq onların illərini alır.

Oğlaqlar üçün də prinsipləri, eyni zamanda karyeraları ön plandadır. Əgər evləndikləri şəxsin karyeralarına ən kiçik maneə yaradacağını düşünsələr evlilikdən imtina edirlər.

Bağlanmaqdan qorxan dolça və oxatanlar.

Məsuliyyət götürmək, azadlığının məhdudlaşması düşüncəsi həm dolçalar, həm də oxatanlar
üçün qorxunc kabus kimidir. Bu səbəbdəndir ki, oxatan və dolçalar evliliyə də “həbsxana” həyatı kimi baxırlar. Əgər onların tərəfdaşlarının həyatlarını məhdudlaşdıracağı ehtimalını hiss etsələr, dərhal nikahdan qaçacaqlar.

“Subaylıq sultanlıqdır” deyən əkizlər

Yaşları 30-u keçsə belə əkizlər özlərini gənc hiss edirlər. Onlar fərqli əyləncələr axtarır, yeni-yeni tanışlıqlar, macəralar axtarırlar. Əkizlər heç vaxt əyləncədən doymurlar. Digər tərəfdən, bu bürcün nümayəndələri qərarsızdırlar, hətta evlənməyə qərar versələr belə, bir gün sonra evlilikdən boyun qaçıra bilərlər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO