Kəmaləddin Heydərovun həyat yoldaşı yenə də tenderin qalibi oldu - 97 min 680 manat alacaq

Kəmaləddin Heydərovun həyat yoldaşı yenə də tenderin qalibi oldu - 97 min 680 manat alacaq

Hazırda oxunan: Kəmaləddin Heydərovun həyat yoldaşı yenə də tenderin qalibi oldu - 97 min 680 manat alacaq

11506

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

Bizim.Media bu barədə elektron satınalmalar portalına istinadən xəbər verir.

 

MÖVZU İLƏ BAĞLI:

Kəmaləddin Heydərov Rusiyaya getdi - Nələr müzakirə edildi?


Mərkəz ofis yerinin icarəsi üçün tender elan edib və açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM icarə haqqı üçün ona 97 min 680 manat ödəyəcək.

Qeyd edək ki, Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür.

Onu da bildirək ki, 2020-ci ilin yay ayında BBMM-nin elan etdiyi ofis yerinin icarəsi üçün də qalib Heydərova Ruhəngiz Muxtar qızı olmuşdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO