Ramiz Mehdiyevin nəşriyyatı Azərbaycanı Rusiyanın tərkibində göstərən atlas yayımladı – Müəllifdən AÇIQLAMA

Ramiz Mehdiyevin nəşriyyatı Azərbaycanı Rusiyanın tərkibində göstərən atlas yayımladı – Müəllifdən AÇIQLAMA

Hazırda oxunan: Ramiz Mehdiyevin nəşriyyatı Azərbaycanı Rusiyanın tərkibində göstərən atlas yayımladı – Müəllifdən AÇIQLAMA

115059

Xəbər verdiyimiz kimi, üz qabığında Azərbaycanın Rusiya imperiyasının tərkibində olduğu əks olunan atlasın görüntüləri sosial şəbəkələrdə yayılıb. Bu isə izləyicilər tərəfindən ciddi tənqid olunub.

Araşdırmalarımız nəticəsində atlasın müəllifinin AMEA-nın Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani olduğunu öyrəndik.

Müəllif Bizim.Media-ya açıqlamasında atlasla bağlı narazılığa səbəb olan məsələ haqqında fikirlərini bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Coğrafi atlasda KOBUD XƏTA – Azərbaycan Rusiyanın tərkibində göstərildi – FOTOFAKT


Müəllif qeyd edib ki, xəritə 18-20-ci əsrləri əks etdirir:

“Hansı ki, o dövrlədə Qacarlarla Rusiya Çarlığı arasında müharibələr olub və Azərbaycan Rusiya imperiyasının tərkibinə keçib. Atlasın üzərində də qeyd olunub ki, bu, 18-20-ci əsrləri əhatə edən səyahətlər xəritəsidir. Müxtəlif səyyahların dünya üzərində etdiyi səyahətlər xəritədə öz əksini tapıb. Atlasın içərisində də xəritənin nə ilə bağlı olduğu qeyd edilib.

Kimsə bilmədən yazıb. Onda belə çıxır ki, Fransa, İspaniya Türkiyənin, Pakistan Hindistanın, Monqolustan isə Çin imperiyasının ərazisidir?” 

Alim üz qabığına məhz qeyd olunan xəritənin çıxarılması məsələsinə də münasibət bildirib:

“Biz xəritələri işlədikdən sonra nəşriyyata veririk. Nəşriyyat da atlası dizayn etdikdən sonra, içərisindəki xəritələrdən birini üz qabığına çıxarır.

Mən yarımkürələr xəritəsinin üz qabığına çıxarılmasını təkilf etmişdim. Onlarsa bir çox atlaslarda yarımkürələr xəritəsinin üz qabığında olduğunu əsas gətirərək, burada səyyahların marşrut xəritələrini qoymağı təklif etdilər. Belə əsaslandırdılar ki, uşaqlar həmin dövrdə hansı səyahət və marşrutların olduğunu görsünlər. Biz də razılaşdıq. Burada böyüdüləcək ki, bir şey yoxdur”.

Zaur İmrani atlasın “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr edildiyini bildirib.

Qeyd edək ki, “Şərq-Qərb” nəşriyyatının Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus olması ilə bağlı yerli mətbuatda çoxsaylı xəbərlər dərc olunub. Hətta millət vəkili Etibar Əliyev də öz sosial şəbəkə hesabında nəşriyyata T.Mehdiyevin rəhbərlik etdiyini açıq şəkildə vurğulayıb.




Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO