“Onun özü elə kənddən gəlib” - Ziyalılardan Bəhram Bağırzadənin fikirlərinə MÜNASİBƏT

“Onun özü elə kənddən gəlib” - Ziyalılardan Bəhram Bağırzadənin fikirlərinə MÜNASİBƏT

Hazırda oxunan: “Onun özü elə kənddən gəlib” - Ziyalılardan Bəhram Bağırzadənin fikirlərinə MÜNASİBƏT

115055

“Mən ondan qorxuram ki, hamı şəhərə gələ və kənd qurtara. Çünki, kənd şəhərin filtiridir. Kənddən gələnlər şəhərə mənəvi təmizlik və paklıq gətirirlər”. 

Bu fikirlər mərhum Akademik Xudu Məmmədov aiddir. Böyük ziyalımızın dedikləri başdan-başa həqiqətdir. Çünki, insan torpaq üzərində daha güclü və daha səmimi olur. Asfalt üzərində böyüyən, ayağı torpağa dəyməyənlərin çoxu kosmopolit olur. Elə Əməkdar artist Bəhram Bağırzadə kimi.

Bu günlərdə o regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib. O bildirib ki, Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər:

“Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”.

Məsələ ilə bağlı bir neçə ziyalı ilə həmsöhbət olduq. Millət vəkili, yazçıçı-publisist Aqil Abbas məsələ barədə çox danışmaq istəmədi:

“İnsandı də deyib. İndi durub neyniyək. Mənim fikrimcə mənəvi zənginlik insanın genindən gəlir. Onun harada yaşaması önəmli deyil. Amma belə baxanda şəhərin də, kəndin də yaxşısı da bizimdir, pisi də. Götürəndə, Bəhram Bağırzadənin özü elə kənddən gəlib”.

Tibb elmləri namizədi Rəşid Mahmudovun isə Bəhram Bağırzadənin dediklərinə reaksiyası bir qədər kəskin oldu:

“Astadan danışmaq hələ tam mədəniyyət sahibi olmaq deyil. Adam var emosianaldır. Fikrini sakitcə ifadə edə bilmir. Buna görə onu kim ittiham edə bilər? Milləti bir-birinə qarşı qoymağı da düzgün hesab etmirəm. Rayon-şəhər məsələsini ləğv edilməlidir. Eləliyə qalanda biz Bakıya gələndə bütün evlərin damı qır idi. Noolsun...”.

Surxay Atakişiyev, Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO