Mehdiabadın marşrut xətti müsabiqəyə çıxarıldı, sahibi yenə də əvvəlki qaldı - ŞİKAYƏT

Mehdiabadın marşrut xətti müsabiqəyə çıxarıldı, sahibi yenə də əvvəlki qaldı - ŞİKAYƏT

Hazırda oxunan: Mehdiabadın marşrut xətti müsabiqəyə çıxarıldı, sahibi yenə də əvvəlki qaldı - ŞİKAYƏT

115045

Abşeron rayonu Mehdiabad qəsəbəsinin sakinləri hər səhər işə getmək üçün tıxac problemi ilə yanaşı, başqa bir çətinliklə də üzləşir. Söhbət yararsız halda olan avtobuslardan gedir.

Qəsəbə sakinlərinin Bizim.Media-ya verdiyi məlumata görə, uzun illərdir ki, 147 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar tamamilə köhnə, istifadə üçün yararsız və çirkab içindədir.

Sərnişinlər qışın soyuq aylarında hər tərəfindən soyuq havanın içəri daxil olduğu, oturacaqları həddən artıq az sayda olan çirkli avtobuslarda ayaqüstə işə gedib-gəlməli olurlar.

Onların sözlərinə görə, 15 ildən çoxdur istifadədə olan köhnə avtobuslar nə dəyişdirilib, nə də təmizlənib.

Bizim.Media-nın mövzu ilə bağlı suallarını Bakı Nəqliyyat Agentliyinin (BNA) Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə cavablandırıb: 

“Mehdiabad qəsəbəsi Abşeron rayonu istiqamətində, Bakı şəhərinin inzibati ərazisinə aid olan hissəyə qədər 108 A və 147 saylı marşrut fəaliyyət göstərir. 147 nömrəli marşrut xətti 26.12.2022-ci il tarixində müsabiqəyə çıxarılsa da, müsabiqə müddətində qeyd olunan marşrutun istismarı ilə bağlı yalnız mövcud daşıyıcı şirkət müraciət edib.
Nəticədə Nazirlər Kabinetinin 52 nömrəli Qərarının tələbinə uyğun olaraq marşrutun fasiləsizliyinin təmin edilməsi məqsədilə növbəti müsabiqəyədək müvəqqəti istismarı mövcud daşıyıcıda saxlanılıb. Buna baxmayaraq, çatışmazlıq barədə daşıyıcı şirkətə Agentlik tərəfindən xəbərdarlıq edilir. Şöbə müdiri bildirib ki, fəaliyyətində dəyişikliklər etməyəcəyi təqdirdə prosedura uyğun olaraq marşrutlar mərhələli şəkildə yenidən müsabiqəyə çıxarılacaq”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO