Xəbər verildiyi kimi Masallı rayon 1 saylı məktəbin 9-cu sinif şagirdi intihara cəhd edib. Sinif yoldaşlarından biri ilə mübahisə etdiyi ehtimal edilən qız özünü məktəbin pəncərəsindən aşağı atıb.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat katibi Alim Əliyev Bizim.Media-ya açıqlamasında bu gün günorta saatlarında məktəbdə baş verən hadisənin hüquq mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib:
MÖVZU İLƏ BAĞLI:
Bakıda nişanlı qız özünü eyvandan atdı - SƏBƏB
“Hadisədən xəbərdarıq. Məsələ ilə bağlı ərazi üzrə polis əməkdaşları məşğul olur. Qız özünü məktəbin ikinci mərtəbəsindən ataraq intihara cəhd edib və müxtəlif bədən xəsarətləri alıb. Qaldı ki, digər detallar, onlar da araşdırılır. Hadisənin baş vermə səbəbi barədə dəqiq məlumatımız yoxdur. Yəqin ki, aidiyyəti qurumlar bu barədə məlumat verəcəklər”.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova isə məktəblinin vəziyyətini açıqlayıb.
O, bildirib ki, 2008-ci il təvəllüdlü şəxs (cinsi qadın) saat 13:15 radələrində Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib. Müştərək travma ağrıları və yumşaq toxumaların əziyi diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir.
Alçina Amilqızı, Bizim.Media