“Hamiləliyin fotosessiya edilməsi normal davranışdır, amma...” -  Gülnar Səhliyarlının davranışına MÜNASİBƏT

“Hamiləliyin fotosessiya edilməsi normal davranışdır, amma...” -  Gülnar Səhliyarlının davranışına MÜNASİBƏT

Hazırda oxunan: “Hamiləliyin fotosessiya edilməsi normal davranışdır, amma...” -  Gülnar Səhliyarlının davranışına MÜNASİBƏT

115042

MTV-də yayımlanan "Gümrah həyat" verilişinin aparıcısı Gülnar Səhliyarlı qarnıaçıq hamiləlik fotosessiyası etdirib. Maraqlıdır ki, aparıcı həmin fotosessiyanı sosial şəbəkələrdə paylaşıb. Bu da müxtəlif müzakirələrə yol açıb. Əksər sosial şəbəkə istifadəçisi aparıcını qınayıb, onu sərt tənqid edib. Nəzərə alaq ki, yeni nəsil bunu normal qəbul etsə də, mental dəyərlərin üst səviyyədə olduğu ölkə olaraq bu cür trendləri çoxlarımız yaxşı qəbul etmir.

Məsələ ilə bağlı sosioloq Lalə Mehralının fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, aparıcı xanım və onun həyat yoldaşı özəl və xoşbəxt anlarını özəlləşdirmək istəyiblər:

“Bu onlara xoş gəldiyi üçün cütlük bu addımı atıb. Hamiləlik hər bir qadının həyatında özəl və gözəl bir hadisədir. Bu zaman kəsimi insan həyatı üçün ən unudulmaz anlardır. Bu anları əbədiləşdirmək başa düşüləndir. Və bu həyəcanın fotosessiya edilməsi də normal bir davranışdır”.

Sosioloq eyni zamanda qeyd etdi ki, bu fotosessiyadakı çılpaq qarın və o qarının həyat yoldaşı tərəfindən öpülməsi bizim mental dəyərlərimizə uyğun deyil:

“Ona görə yox ki, orada ədəbsizlik var, xeyr. Burada ədəbsizlik yox, sadəcə bir qədər məhrəmiyyət var. İnsan gərək özünün məhrəmliyini qorusun. Belə görüntülərə biz hələ alışqan deyilik. Və yaxşı ki, elə alışmamışıq. Çünki, bunun sonu heç də yaxşı görünmür”.

Lalə Mehralı bir xatırlatma da etdi ki, indiki vəziyyətdə Gülnar xanımın üstünə gedilməsi doğru deyil:

“Çünki, o hamiləlik dövrünün çox həssas dönəmini yaşayır. Edilən sosial basqı hamilə qadının səhhətinə çox pis təsir edə bilər. Yəqin ki, o özü də artıq anlayıb ki, bu hərəkəti ilə bir qədər qabağa gedib”.






Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO