Bir neçə gün öncə “Azərişıq” ASC ASAN-la birgə elektron xidmətlərin təqdimatını edib. Kommunal qurumlar, xüsusən də Azəriqaz rəhbərliyi tərəfindən əhali arasında, abonentlər arasında nə qədər iş canlandırılsa da problemlər qalır. Nə “Azəriqaz”, nə “Azərişıq” , nə də “Azərsu” vahid elektron şəbəkədə birləşməyib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.
Onun sözlərinə görə illər öncə "ASAN Kommunal" yaratmaq və keçən dövr ərzində rəqəmsallaşma xeyli inkişaf etdiyi təqdirdə onun rəqəmsal variantını yaratmaq mümkün olmayıb:
“Əgər belə bir sistem qurmaq mümkün olsa, vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn formada bütün kommunal xidmətlərə nəzarət edə bilərdi, sərfiyyatı izləyə bilərdi, müqayisələr apara bilərdi, proseslər tam elektronlaşardı, limitlərin sıfırlanması bir anda baş verərdi, distant formada sayğacla bağlı qərarlar icra olunardı, qeyri-qanuni müdaxilələr aradan qalxardı və s. Bu sistemin qurulması və işləməsi üçün təbii ki ağıllı sayğaclar, kənardan idarə olunan sayğaclar lazımdır. Təəssüf ki, kommunal sektorda bunlar yetərli deyil”.
Osman Gündüz qeyd edib ki, “Azəriqaz” son dövrlərdə smart-kart tipli sayğacları mexaniki-elektron tipli sayğaclarla əvəz edir və bu proses davam edir:
“Eyni zamanda yeni smart-kart sayğaclar və tam onlayn rejimdə işləyən sayğaclar tətbiq etməyə başlayıb. Təbii inhisar subyekti olan Azəriqaz və eləcə də digər kommunal qurumlar bütün sayğac məsələlərinə, onlara avadanlıq və proqram təminatı yüklənməsinə, billing məsələlərinə, məlumatların ötürülməsinə və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər.
Fikrimcə, təbii inhisar suyektləri üçün bu ciddi risklər yaradır. Cəmiyyəti və abonentləri sayğac-sərfiyyat üzrə aldadılacağı ilə bağlı narahat edən əsas məqamları burada axtarmaq lazımdır. Bu sahədə dövlət və ictimai nəzarət imkanlarının təkmilləşdirilməsinə də ciddi ehtiyac var.
Ümid edirəm, “Azəriqaz” və adıçəkilən vahid elektron şəbəkənin qurulmasına cavabdeh olan ASAN və Energetika Nazirliyi bu sistemi yaxın zamanda heç olmasa pilot rejimdə hazırlaya biləcəklər. Kommunal sektorda vahid rəqəmsal platforma yaratmaqla, sayğaclara dövlət və ictimai nəzarət üçün daha effektiv, ağlabatan, şəffaf mexanizmlər qurmaqla mövcud problemləri birdəfəlik həll etmək olar”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 16.01.2023
“Azəriqaz”, “Azərişıq” və “Azərsu” nə zaman vahid elektron şəbəkədə BİRLƏŞƏCƏK?
Hazırda oxunan: “Azəriqaz”, “Azərişıq” və “Azərsu” nə zaman vahid elektron şəbəkədə BİRLƏŞƏCƏK?
Hazırda oxunan: “Azəriqaz”, “Azərişıq” və “Azərsu” nə zaman vahid elektron şəbəkədə BİRLƏŞƏCƏK?
115030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.