Şuşa şəhərinin nəzarət altına alınması Dağlıq Qarabağdakı hərbi əməliyyatların dönüş nöqtəsi oldu:
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko ziyalı və jurnalistlərlə görüşü zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Korotçenko: "Putin Paşinyanın "hökmranlığını" genişləndirəcək"
O bildirib ki, bu müharibəni pilotsuz uçuş aparatları deyil, Azərbaycan xalqı udub:
"Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi hərbi qələbədə əsas rol oynadı".
Ekspertin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ölkənin iqtisadi inkişafında yeni nailiyyətlərə gətirib çıxaracaq.
«Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması təkcə Azərbaycanın deyil, həm də Ermənistanın marağındadır»-deyə o vurğulayıb.
Bizim.Media