Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına ayrılan 29 milyon 412 min 764 manat vəsaitin 7 milyon 262 min 44 manatı seçici siyahılarının dəqiqləşdirilməsinə xərclənəcək.
Bizim.Media xəbər verir ki, seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb.
Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır.
Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək.
Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.
Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək.
Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:49 / 16.01.2023
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıldı
Hazırda oxunan: Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıldı
Hazırda oxunan: Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıldı
114980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.