“Mən ona vaxtında cavab vermişəm...” – Millət vəkili Ramiz Mehdiyevin iddiasına əsəbiləşdi

“Mən ona vaxtında cavab vermişəm...” – Millət vəkili Ramiz Mehdiyevin iddiasına əsəbiləşdi

Hazırda oxunan: “Mən ona vaxtında cavab vermişəm...” – Millət vəkili Ramiz Mehdiyevin iddiasına əsəbiləşdi

11496

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Milli Məclisin 15 deputatını məhkəməyə verib.

AMEA prezidenti məhkəməyə təqdim etdiyi iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini iddia edib.

Siyahıda adı olanlardan millət vəkili Elman Nəsirli Bizim.Media-ya açıqlamasında 
bildirib ki, “Bu gün bu mövzuda mənə dəfələrlə zəng gəlib. Məsələ təsdiqini tapmayıb hələ, təsdiqlənsə bu barədə danışacağam”.

 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi


Milli Məclisin üzvü Məlahət İbrahimqızı isə dedi ki, “mən ona vaxtında cavab vermişəm”. 

“Eyni məsələyə adam neçə dəfə cavab verər! Yayda haqq-hesab oldu və deputatlar, müvafiq adamlar münasibət bildirdi”. 

“İndi mənimlə bağlı təzə bir şey olubmu? Xahiş edirəm, bir məsələ ilə bağlı 1 dəfə müsahibə götürün” deyən Məlahət İbrahimqızına xatırlatdıq ki, Ramiz Mehdiyevin deputatlardan şikayəti fevralın 10-da dərc olunub. 

“Mən neyniyim ki, köhnə şeyi qoyublar! Mövzu tapmırlar?”

Xatırladaq ki, AMEA prezidenti Cinayət Məcələsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrini xatırladaraq 16 deputatı hədələyib. Müsahibimizin də adı Ramiz Mehdiyevin şikayətçi olduğu deputat siyahısında var. 

Ondan başqa millət vəkilləri Fəzail Ağamalı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzovun da adı siyahıda keçir.

Anar Rəhimov, Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO