Ucar sakini dəm qazından boğularaq ölüb

Ucar sakini dəm qazından boğularaq ölüb

Hazırda oxunan: Ucar sakini dəm qazından boğularaq ölüb

114951

Ucar sakini dəm qazından boğularaq ölüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Şamil Fərzəliyev küçəsində qeydə alınıb.

Belə ki, 50 yaşlı rayon sakini Quliyeva Gülşən Ağaisa qızının hamam otağında qəfildən halı pisləşib və huşunu itirib.

Yaxınları dərhal təcili tibbi yardıma müraciət ediblər. Həkimlər onun dəm qazından boğularaq öldüyünü müəyyən ediblər. Mərhumun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO