Azərbaycan Donetskdən gətirilən məhsula qadağa qoydu

Azərbaycan Donetskdən gətirilən məhsula qadağa qoydu

Hazırda oxunan: Azərbaycan Donetskdən gətirilən məhsula qadağa qoydu

11495

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan Bizim.Media-ya bildirilib ki, daxil olan məlumatlara əsasən, Ukraynanın Donetsk (Donetsk) vilayətinin Volnovaxa rayonu, İran İslam Respublikasının Kirmanşah (Kermanshah) əyalətinin Sərpol Zəhab və Kirmanşah, Xuzistan (Khuzestan) əyalətinin Dəşt Azadegan və Qərbi Azərbaycan (West Azerbaijan) əyalətinin Məhabad inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

 

MÖVZU İLƏ BAĞLI:

“Quş ətinin istehsalına imkan verilmir” - Quşçular Cəmiyyətinin sədri


Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Ukraynanın Donetsk vilayəti, İran İslam Respublikasının Kirmanşah, Xuzistan və Qərbi Azərbaycan əyalətlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna və İran İslam Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO