Sumqayıtda 59 yaşlı qadın itkin düşdü - FOTO

Sumqayıtda 59 yaşlı qadın itkin düşdü - FOTO

Hazırda oxunan: Sumqayıtda 59 yaşlı qadın itkin düşdü - FOTO

11494

Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, evdən çıxarkən əynində göy rəngli qış gödəkcəsi, qara şalvar, ayağında çəkələk olub.

 

MÖVZU İLƏ BAĞLI:

İtən 12 yaşlı qızı pedofilin evində tapdılar – VİDEO


Onun əlamətləri belədir: Boyu təxminən 150 sm.,  ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir.

Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO