BİZİM TƏQVİM: 16 yanvarda dünyada nələr olub?

BİZİM TƏQVİM: 16 yanvarda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 16 yanvarda dünyada nələr olub?

114927

Qafqaz uğrunda savaş, Səfəvi – Osmanlı (İran-Тürkiyə) müharibəsi 1732-ci il 16 yanvar tarixində başa çatıb. Qarşılıqlı anlaşma şəraitində sülh müqaviləsi imzalanıb. Bununla da çoxəsrlik münaqişənin daha bir mərhələsi sonlanıb.

Bəs, 16 yanvarda daha hansı hadisələr baş verib?

1. 16 yanvar 1778-ci ildə Fransa ABŞ-ın müstəqilliyini tanıyıb.

2. Məşhur ixtiraçı, fransız kimyaçısı və fiziki Cozef Lui Qey-Lüssak  1804-cü ilin 16 yanvarında hidrogenli şar balonu içində 7016 metr yüksəkliyə qalxıb. Bu rekord 50 il boyu təkrarlanmayıb.

3. ABŞ-da spirtli içkilərin istehsalını, satılmasını və qəbul edilməsini qadağan edən qanun 1920-ci ilin 16 yanvarında qüvvəyə minib.

4. Rusiyada Sosialist inqilabının fəallarından biri və Leninin silahdaşı olan İosif Stalin 1928-ci il 16 yanvarda SSRİ-nin baş katibi vəzifəsini ələ keçirdi. Bundan sonra Stalin iqtidar mübarizəsinə girən və Lev Trotskinin də olduğu müxalif siyasətçiləri ölkə xaricinə sürgünə göndərmək barədə qərar verdi. Qeyd edək ki, 20 yanvarda sürgünə göndərilən Trotski həyat yoldaşı və oğlu ilə birlikdə fevralın 14-də Türkiyəyə gəlib və 4 il yarım İstanbulda yaşayıb.

5. 16 yanvar 1956-cı ildə Misir müstəqillik əldə edib.

6. Liviyada 1969-cu il Azad Zabitlər Hərəkatının lideri Muammer Qəddafi çevrilişlə hakimiyyəti ələ keçirdi. Yeni konstitusiya qüvvəyə mindikdən sonra o, 1970-ci ilin 16 yanvarında baş və müdafiə naziri vəzifələrini də boynuna götürdü.

7.  40 ildən artıq ölkəni təkbaşına idarə edən Qəddafi 2011-ci ildə ölkədə çıxan qiyamdan sonra saxlandığı Sirte şəhərində linç edilərək öldürüldü.

8. Linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır.

9. 1973-cü ilin 16 yanvarında “Luna -21” kosmik gəmisi Ay səthinə uğurla eniş edib.

10. 16 yanvar 1979-cu ildə İran şahı ailəsi ilə birgə Misirə qaçıb.

11. 1991-ci ilin 16 yanvarında ABŞ və müttəfiqləri Küveyti işğal edən İraqa qarşı"Səhra fırtınası" hərəkatına başladılar. Hərəkatda ilk olaraq hava əməliyyatı və mərmi hücumları həyata keçirildi.

12.  Birinci Körfəz Müharibəsi olaraq tarixə düşən "Səhra fırtınası" hərəkatının başlaması ilə İraq Ordusu da İsraili “Scud” raketi atəşinə tutdu.  

13. 1992-ci ilin 16 yanvarında Salvadorda vətəndaş müharibəsi sona çatıb.

16 yanvarda həm də bu tarixi şəxsiyyət xatırlanır

1. Azərbaycanda kibernetika və hesablama texnikası sahəsində görkəmli mütəxəssis Böyükağa Əzimov 1924-cü ildə anadan olub.

2. 1951-ci ildən neftçıxarma sahəsində elektron hesablama maşınlarının tətbiqi laboratoriyasına başçılıq edən alim 1961-1966-cı illərdə Azərbaycan Respublikası Nazirlər Sovetində elmi-tədqiqat işləri üzrə əlaqələndirmə komitəsinin sədri, “Texniki tərəqqi uğrunda” jurnalının baş redaktoru olub. (1924-1995)

3. 1913-cü ilin 16 yanvarında akademik, Aqrar elmləri doktoru, professor Cəbrayıl Hüseynov anadan olub.

4. Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev 16 yanvar 1969-cu ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO