Birinci Qarabağ müharibəsində ən uğurlu əməliyyatlardan biri olan Horadiz əməliyyatından 22 il ötdü. 1994-cü ilin 5-6 yanvarında Milli Ordunun qrupları əks-hücuma keçərək Füzulinin Horadiz qəsəbəsini və 22 kəndi düşməndən azad edib. Məhz bu əməliyyatdan sonra ermənilər ağır itki verərək 25 kilometr geriyə çəkilib. Horadiz düşmənin diz çökdürüldüyü döyüşlərdəndir.xa0
1993-cü ilədək Dağlıq Qarabağ və ətraf rayonların itirilməsindən sonra silahlı qüvvələrimiz bu uğurlu hərbi əməliyyatla Füzuli rayonunun 30 min hektarlıq ərazisini geri qaytarıb. Əməliyyat Arazboyu, Əhmədbəyli, Kürdmahmudlu, Alıxanlı kəndləri istiqamətində başlanılır. Əvvəlcə kəşfiyyatçılar Araz çayının sahili ilə düşmən qüvvələrinin arxasına keçir. Digər bir dəstə isə ermənilərin əsas qüvvələrinin hərəkət edəcəyi Şükürbəyli və Böyük Bəhmənli istiqamətində pusqu qurur. Erməni silahlı birləşmələri 4 istiqamətdən hücuma məruz qalır.
“Əhmədbəyli və Şükürbəyli istiqamətlərində hücuma keçmişik və bir gün ərzində həmin kəndləri azad etmişik. Növbəti, ikinci döyüşümüz isə Seyidəhmədli uğrunda olub. Bir sutka ərzində davam edən hərbi əməliyyatdan sonra Seyidəhmədlini düşməndən azad etmişik”x9d, - deyə bölük komandiri Radik Qarayev ANS-ə bildirib. “Horadizin azad olunmasında 4 batalyon və bir kəşfiyyat bölüyünün böyük xidmətləri olub. Xüsusən də əməliyyatda iştirak edən ikinci motoatıcı batalyonun özünəməxsus yeri vardı”x9d, - deyə batalyon komandiri Zahir Həsənov qeyd edib.
Bir günlük əməliyyat nəticəsində tam formalaşmamış Azərbaycan ordusu 25 km irəliləmişdi. Hesab olunur ki, Azərbaycan Silahlı Qüvvələrinə işğal olunmuş torpaqları geri qaytarmaq üçün bir neçə gün bəs edər. “Bununla bağlı proqnoz vermək istəmirəm. Çünki proqnoz vermək hərbçilərin işi deyil. Azərbaycan Silahlı Qüvvələri həm Ali Baş Komandanın, həm də müdafiə nazirinin əmirini yerinə yetirməyə hər an hazırdır”x9d, - deyə briqada komandiri Şaiq Ramaldanov bildirib.
Horadiz əməliyyatının iştirakçılarından biri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə “Yeni Müsavat”x9da bildirdi ki, 22 il əvvəlki uğurlu hərbi əməliyyat Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi. Üstündən keçən bu illər ərzində ordumuzun kifayət qədər güclənməsi, Silahlı Qüvvələrimizin modern silah-sursat və hərbi texnika ilə təmin olunması isə onu deməyə əsas verir ki, bu gün savaş başlasa, düşmənə sarsıdıcı zərbələr vuracağıq: “Mən Azərbaycanın Milli Qəhrəmanı, Horadiz əməliyyatının qəhrəmanlarından biri Elxan Zülfüqarovun məzarını ziyarət edərkən də bu barədə dedim. Biz çox istəyirik ki, tezliklə müharibə başlasın.xa0
Bizim arzumuz budur ki, artıq bu illər ərzində topladığımız həyat təcrübəsi və bacarığımızdan istifadə edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz danışıqların sonsuzluğa qədər uzanmasını istəmirik. İşğalçıya ”x9dayı xidməti" göstərən üçlük, həmsədr ölkələr də məsələnin ədalətli həllində maraqlı deyil. Ona görə də istəmirik ki, 2016-cı ildə də mənasız danışıqların şahidi olaq. Çox istərdik ki, Azərbaycan rəhbərliyi daha Sərkisyanla görüşməsin. İndi də çalışırlar ki, Minskdə prezidentləri bir araya gətirsinlər. Amma Minsk görüşü də heç nə ilə yadda qalmayacaq. Sadəcə, ermənilər növbəti dəfə vaxtı uzatmaq imkanı qazanırlar".xa0
Ü.Cəfərov işğalçı ölkənin getdikcə daha geniş imkanlara sahibləndiyini vurğuladı: “Rusiya MİQ -29 təyyarələri və döyüş avadanlıqlarının növbəti partiyasını Ermənistana gətirir. Getdikcə düşmən Rusiyanın sayəsində güclənir. Ona görə də biz vaxtın uzadılmasına yönəlik cəhdlərə qarşı çıxmalı, torpaqlarımızı azad etmək üçün hərəkətə keçməliyik”x9d.xa0
Hərbi ekspert onu da bildirdi ki, Rusiyanın Cənubi Qafqazda yeganə dayaq nöqtəsi sayıla biləcək Ermənistanın hava məkanını da nəzarətə almasına qeyri-adi baxmaq lazım deyil: “Bu, adı olub, özü isə tam formal bir dövlətdir. Bir dövlətin ki, bütün idarəetmə rıçaqları başqasının əlindədir, onun nəyi müstəqil dövlətdir? İqtisadiyyatı rusların əlində, sərhədləri rus ordusu tərəfindən qorunur, indi hava məkanını da özləri öz güclərinə idarə edə bilmədiklərinə görə verdilər rusların ixtiyarına. Nəzəri baxımdan bu addımın regiona bir az təhlükəsi olmasını düşünmək olar. Amma kim Ermənistana hücum etməyə və ya onun ərazisinə girməyə hazırlaşır ki?”x9dxa0
Ü.Cəfərov qeyd etdi ki, Rusiyanın bu qərarı Azərbaycandan daha çox regionun söz sahibi olan Türkiyəyə ünvanlanmış bir addımdır, desək, daha dəqiq olar: “Xüsusən də son vaxtlar gərginləşən Rusiya-Türkiyə münasibətləri fonunda bu hərəkət o qədər də təəccüblü gəlməməlidir. Məsələnin digər tərəfini götürsək, mən Qarabağla bağlı durumu nəzərdə tuturam, düşünmürəm ki, bu addım ruslar tərəfindən atılsın. Yəni sabah Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin nəzarətindəki öz ərazilərini antiterror əməliyyatları çərçivəsində boşaltmağa başlayanda Rusiyanın yeganə edə biləcəyi diplomatik fonda hansısa bəyanatlar səsləndirmək olacaq. Bundan artığını etməyə cəhd edən rusları çox ağır durum gözləyə bilər. Özü də digər aparıcı dövlətlər və elə bizim strateji müttəfiqimiz olan Türkiyə tərəfdən. Yaxud Ermənistan təxribat edib Azərbaycanı guya ona zərər vurmaqda günahlandırmağa cəhd edəndə belə biz bütün imkanlardan istifadə edib işğalçıya layiq olduğu yerini göstərməliyik”x9d.xa0
Hərbi ekspertə görə, Ermənistanın ən çox güvəndiyi Rusiya tərəfi çalışacaq ki, məsələyə hansısa formada müdaxilə etsin: “Amma düşünmürəm ki, bu, hərbi formada olsun. Həm beynəlxalq güclər, həm də Azərbaycan özü lazım olan addımları atır və eyni zamanda da diplomatik korpus tərəfindən atmaqda davam etməlidir. Onu da qeyd edim ki, hələ keçmiş SSRİ vaxtlarından Azərbaycanın ən etibarlı və ən güclü Hərbi Hava Qüvvələri və Hava Hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş sistemləri olub və indinin özündə də o sistemlər daha müasir və modern avadanlıqlarla təchiz edilib”x9d.
Lakin Ü.Cəfərov Rusiya faktorundan ciddi narahatlığa əsas görmür: “Horadiz əməliyyatını keçirəndə də Rusiya Ermənistanın tərəfində idi. Biz o zaman bilirdik ki, ermənilərin ən böyük planı Rusiyanın dəstəyi ilə Beyləqanı işğal etməkdir. Amma əks hücuma keçib qısa müddətdə Horadizi və Füzuli rayonunun 21 yaşayış məntəqəsini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğalçılardan təmizlədik. O zaman atəşkəs razılaşması olmasaydı, bəlkə də indi Azərbaycan bayrağı Xankəndində dalğalanırdı”x9d.





























































































