Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı - 25 namizəd uğur qazandı

Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı - 25 namizəd uğur qazandı

Hazırda oxunan: Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı - 25 namizəd uğur qazandı

114874

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Bu barədə Bizim.Media-ya DİM-dən bildirilib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda 100 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 25 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO