Azərbaycanda tibb klinikasının rəhbəri və müavini HƏBS OLUNDU

Azərbaycanda tibb klinikasının rəhbəri və müavini HƏBS OLUNDU

Hazırda oxunan: Azərbaycanda tibb klinikasının rəhbəri və müavini HƏBS OLUNDU

114833

Mingəçevirdə yerləşən "Anadolu" tibb klinikasının rəhbəri və müavini həbs olunub.

Bizim.Media unikal.org-a istinadən xəbər verir ki, ötən ilin mart ayında ölkənin tanınmış incəsənət xadimlərinin iştirakı ilə baş tutan konsert proqramı ilə Mingəçevir şəhərində fəaliyyətə başlayan "Anadolu" klinikasının rəhbəri Alper Mövlud Ceylan və onun müavini Kərim Nadirov haqqında məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Əldə olunan ilkin məlumata görə, klinikaya qəbul olunan şəxslərdən işə qəbul müqabilində daşıyacağı vəzifəyə görə müəyyən məbləğdə vəsait alınıb və həmin vəsaitin depozit olaraq yatırılaraq müəyyən müddət sonra qaytarılacağı vəd olunub.

Amma pasient azlığı və gəlirlər rəhbərliyə vədlərinə əməl etməyə imkan verməyib.

Bu səbəbdən şikayətçi əməkdaşlar vaxtından öncə daşıdığı vəzifədən uzaqlaşdırılıb. Yerdə qalan əməkdaşlara isə ümumiyyətlə əmək haqqı ödənməyib və yalnız ödəniləcək vədi verilib.
Klinika rəhbərinin müavini Kərim Nadirov isə bir az da irəli gedərək yatırılan depozitlərin bir çox hissəsini mənimsəyərək ümumiyyətlə qeydə alınmasını təmin etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO