Naxçıvanda magistral su xətti partladı – Ərazi susuz qaldı - FOTO 

Naxçıvanda magistral su xətti partladı – Ərazi susuz qaldı - FOTO 

Hazırda oxunan: Naxçıvanda magistral su xətti partladı – Ərazi susuz qaldı - FOTO 

114817

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.

Bizim.Media Nuhcixan-a istinadən xəbər verir ki, bu gün saat 13-14:00 radələrində Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin qaşısında magistral su xəttində qəza baş verib.

Qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Nəticədə şəhərin Xətai və bir sıra məhəllələrinə suyun verilişi dayandırılıb. Əhali əvvəlcədən xəbərdar edilib.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Hazırda təmir işləri davam etdirilir və bir neçə saata qeyd olunan ərazilərə suyun verilişi tam bərpa ediləcək.

Qeyd edək, bir neçə il əvvəl şəhər su və kanalizasiya sistemlərinin çəkilişi aparılarkən bir sıra hallarda texniki normalar gözlənilmədiyindən tez-tez magistral xətlərdə qəzalar baş verir.
Nəticədə bu hallar magistral yolların sıradan çıxmasına və saatlara su verilişində fasilələrin yaranmasına gətirib çıxarır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO